Azərbaycan millisinin böyük məşqçisi: "Gimnaziyada güləşlə məşğul olanların hər biri xoş gələcək vəd edir"

Azərbaycan millisinin böyük məşqçisi: "Gimnaziyada güləşlə məşğul olanların hər biri xoş gələcək vəd edir" Gimnaziyada güləşlə məşğul olanların hər biri xoş gələcək vəd edir.
Fərdi
4 Oktyabr , 2024 18:07
Azərbaycan millisinin böyük məşqçisi: Gimnaziyada güləşlə məşğul olanların hər biri xoş gələcək vəd edir

Gimnaziyada güləşlə məşğul olanların hər biri xoş gələcək vəd edir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək yunan-Roma güləşçilərdən ibarət millisinin böyük məşqçisi Taleh İsrafilov Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Gimnaziyada təşkil olunan media tur zamanı jurnalistlərə açıqlamasında deyib.

O, Gimnaziyada güləşin sirlərinə yiyələnən şagirdlərin Azərbaycan idmanında ilk addımlarını atdıqlarını söyləyib:

"Gimnaziyada güləşlə məşğul olanların hər biri xoş gələcək vəd edir. Düşünürəm ki, bu cür davam etsələr, onlardan gələcəkdə dünya və Avropa çempionları görə biləcəyik. Onların daha sağlam ruhda yetişməsi üçün hər cür şərait yaradılıb".

T.İsrafilov yeniyetmə yunan-Roma güləşçilərinin bəzilərinin ingilis dilini təkmilləşdirdiyini bildirib:

"Gimnaziyada təhsil alan güləşçilərimizin bəziləri artıq ingilis dilində olan idman terminlərini öyrəniblər. Bu, onlara gələcəkdə beynəlxalq yarışlarda özlərini daha sərbəst hiss etdirəcək. İngilis dilinin hakimlərlə düzgün dialoq qurulmasında faydası böyükdür".

Son xəbərlər

Orphus sistemi