Azərbaycan millisinin böyük məşqçisi cüdoçuların "Böyük Dəbilqə"dəki çıxışını dəyərləndirib

Azərbaycan millisinin böyük məşqçisi cüdoçuların "Böyük Dəbilqə"dəki çıxışını dəyərləndirib Kişi cüdoçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Elçin İsmayılov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş Böyük Dəbilqədəki çıxışı dəyərləndirib.
Fərdi
14 Oktyabr , 2024 14:19
Azərbaycan millisinin böyük məşqçisi cüdoçuların Böyük Dəbilqədəki çıxışını dəyərləndirib

Kişi cüdoçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Elçin İsmayılov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş "Böyük Dəbilqə" turnirindəki çıxışı dəyərləndirib.

42 yaşlı mütəxəssis bu barədə "Report"a açıqlama verib.

İsmayılov qarşıdakı hədəflərdən də söz açıb:

"Ümumi baxanda kişilərdən ibarət yığmanın nəticəsi pis deyil. Qızıl, gümüş və bürünc medal əldə etdik. Əslində Balabəy Ağayev (60 kq) və Ömər Rəcəblidən (81 kq) də uğurlu çıxış gözləyirdik. Amma gözləntiləri doğrultmadılar".

O, növbəti planları açıqlayıb:

"Qarşıda bizi Polşada təşkil olunacaq U-23 Avropa çempionatı gözləyir. Həmin turnirə yaxşı hazırlaşacağıq. Ardınca Azərbaycan çempionatı gerçəkləşəcək və bütün idmançılar burada güləşəcəklər".

Mütəxəssis son olaraq "Böyük Dəbilqə"də gümüş medal qazanmış Uşanqi Kokaurinin gələcək karyerası barədə danışıb:

"O, hələlik idmanda davam etməyi düşünür. Ancaq növbəti olimpiadaya qədər nə olacağını deyə bilmərəm. Çünki artıq ağır çəkidə yaxşı idmançılarımız yetişir. Kənan Nəsibov və Ramazan Əhmədovu nümunə göstərmək olar".

Qeyd edək ki, Əbu-Dabidə kişilərdən ibarət yığmada Zelim Tçkayev (81 kq) qızıl, Uşanqi Kokauri (+100 kq) gümüş, Murad Fətiyev (90 kq) bürünc mükafat əldə edib. Qadınlardan isə Acelya Toprak (57 kq) bürünc medala sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi