"Komanda yarışa yaxşı hazırlaşmışdı. Amma dayanq üzərində özlərini göstərə bilmədilər".
Bunu "Report"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında taekvondo üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Sun Mi Park III Avropa Oyunları ilə bağlı danışarkən deyib.
O, 67 kq-dakı Fəridə Əzizovanın zədədən yeni qayıtdığını, 49 kq-dakı Patimat Abakarovanın isə səhhətində problem olduğunu söyləyib.
Mütəxəssis 46 kq-dakı Minayə Əkbərovanın üçüncü yer uğrunda qarşılaşmada məğlub olduğunu xatırladıb və onun yaxşı çıxış etdiyini bildirib.
O, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı proqnoz verməyin çətin olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın qadın taekvondoçuları III Avropa Oyunlarını medalsız başa vurublar.