Aslan Ağayev: "Bayrağımızı Tokioda ucaltmaq istəyirik"

Aslan Ağayev: "Bayrağımızı Tokioda ucaltmaq istəyirik" "Olimpiadada iştirak edəcək Mariya Stadnik (50 kq) və Elis Manolovadan (68 kq) medal gözləyirik".
Fərdi
27 İyul , 2021 19:48
Aslan Ağayev: Bayrağımızı Tokioda ucaltmaq istəyirik
Mariya Stadnik, Aslan Ağayev və Elis Manolova

"Olimpiadada iştirak edəcək Mariya Stadnik və Elis Manolovadan medal gözləyirik".

"Report"un məlumatına görə, bu fikirləri qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Aslan Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi yutub kanalına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis olimpiadaya qızıl medal üçün yollandıqlarını bildirib: "Allah qismət etsin, "qızıl" qazanıb, Vətənimizə üzüağ qayıdaq. Bayrağımızı Tokioda ucaltmaq istəyirik".

Qadın güləşçilərdən Elis Manolova isə olimpiadaya lisenziya qazanmasından məmnunluq ifadə edib: "Həyacanlıyam. Oyunlara çox böyük ümidlərlə yollanırıq. Ümidvaram ki, Azərbaycana ən çox medalı güləş qazandıracaq".

Qeyd edək ki, Tokio-2020-də güləş yarışları 1 - 7 avqustda olacaq. Mariya Stadnik 50 kq, Elis Manolova isə 68 kq çəki dərəcəsində mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi