Yuxarı

Тürkiyədə keçirilən cüdo üzrə Qran Pridə Azərbaycan millisi qızıl medal qazanıb

Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə Qran Priyə yekun vurulub

Bakı. 29 mart. REPORT.AZ/ Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə Qran Priyə yekun vurulub. "Report"un məlumatına görə, yarışın sonuncu günündə Azərbaycan millisi 1 qızıl medal qazanıb.

100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşədək serbiyalı Stefan Yurisiç, türkiyəli Timur Turan, iranlı Cavad Mahcub və rusiyalı Arsen Omarovu məğlubiyyətə uğradıb. Gərgin keçən final qarşılaşmasında isə təmsilçimiz Almaniyalı Karl-Rixard Freyi üstələməyi bacarıb.

Bu gün tatamiyə çıxan digər cüdoçularımıza gəldikdə, Uşangi Kokauri (+100 kq) 5-ci, Tural Safquliyev (90 kq) 7-ci yeri tutub. Ümumilikdə isə yığmamız Qran Prini 2 qızıl, 1 gümüş medalla başa vurub. Əvvəlki yarış günlərində Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (60 kq) gümüş medala yiyələnib. Bu nəticə ilə ölkəmiz ümumi komanda hesabında yalnız Hollandiyadan geri qalaraq, 2-ci yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi