​Azərbaycan millisi stolüstü tennis üzrə Gənclərarası Avropa Çempionatında bürünc mükafat qazanıb

​Azərbaycan millisi stolüstü tennis üzrə Gənclərarası Avropa Çempionatında bürünc mükafat qazanıb 46 ölkənin iştirak etdiyi Avropa çempionatı iyulun 17-dək davam edəcək
Fərdi
13 İyul , 2016 04:14
​Azərbaycan millisi stolüstü tennis üzrə Gənclərarası Avropa Çempionatında bürünc mükafat qazanıb

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan millisi stolüstü tennis üzrə Gənclərarası Avropa Çempionatında bürünc mükafat qazanıb.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqreb şəhərində stolüstü tennis üzrə Gənclərarasında 59-cu Avropa çempionatı davam edir. Avropa birinciliyinin 5-ci yarış günündə komanda yarışları başa çatıb. Gənc qız və oğlanlardan ibarət Rumıniya və İtaliya, yeniyetmə qız və oğlanlardan ibarət Rusiya milliləri Avropa çempionatının qızıl medalçısı olublar. Oyun belə nəticələnib:

Rumıniya - Serbiya 3-0

İtaliya- Çex Respublikası 3-2

Azərbaycan millisi də Avropa Çempionatında uğurla çıxış edib. Gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandamız play off mərhələsində Yunanıstan, Rumıniya, İtaliya milliləri üzərində inamla qələbə qazanaraq adını yarımfinala yazdırıb.

Yarımfinalda yeniyetmə oğlan tennsiçilərimiz Rusiya millisinə 0-3 hesabı ilə məğlub olaraq Avropa çempionatında bürünc medalla mükafatlanıblar.

Turnirə inamla başlayan gənc və yeniyetmə qızlardan ibarət milli komandamız Avropa çempionatını 5 və 9-cu yerlərdə başa vurub.

Qeyd edək ki, 46 ölkənin iştirak etdiyi Avropa çempionatı iyulun 17-dək davam edəcək. Çempionatın növbəti yarış günlərində stolüstü tennisçilər şəxsi, qoşa və qarışıq yarışlarda medallar uğrunda mübarizədə qüvvələrini sınayacaqlar.

Son xəbərlər

Orphus sistemi