Azərbaycan millisi Karate1 Premyer Liqa turnirinə qatılacaq

Azərbaycan millisi Karate1 Premyer Liqa turnirinə qatılacaq Azərbaycan milli komandası 14-16 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Karate1 Premyer Liqa turnirində iştirak edəcək.
Fərdi
14 Fevral , 2020 01:13
Azərbaycan millisi Karate1 Premyer Liqa turnirinə qatılacaq

Azərbaycan milli komandası 14-16 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Karate1 Premyer Liqa turnirində iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmovun “Report”a verdiyi məlumata görə, mövsümün 2-ci mərhələsinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 14 idmançı yollanıb.

Baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov turnirdə kumiteçilərdən Firdovsi Fərzəliyevi (-60 kq), Rafiz Həsənovu və Tural Ağalarzadəni (-67 kq), Rafael Ağayevi (-75 kq), Ayxan Mamayevi, Pənah Abdullayevi və Turqut Həsənovu (-84 kq), eləcə də Nuranə Əliyevanı (-50 kq), İlahə Qasımovanı (-55 kq), İrina Zaretskanı (-68 kq) və Fəridə Əliyevanı (+68 kq) müşayiət edəcək.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə yalnız Roman Heydərov çıxışına üstünlük verib. Dubay Premyer Liqasını idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da olacaq. Nüfuzlu yarışda 85 ölkədən 571 karateçi yarışacaq.

Son xəbərlər

Orphus sistemi