Azərbaycan millisi Avropa çempionatına 13 gimnastla yollanacaq

Azərbaycan millisi Avropa çempionatına 13 gimnastla yollanacaq Bədii gimnastika üzrə Azərbaycan millisiUkraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Fərdi
27 Avqust , 2020 17:09
Azərbaycan millisi Avropa çempionatına 13 gimnastla yollanacaq

Bədii gimnastika üzrə Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatında iştirak edəcək.

"Report" Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, yığma turnirdə 13 idmançı ilə təmsil olunacaq.

Böyüklərin yarışında 8, gənclərin mübarizəsində isə 5 gimnast qüvvəsini sınayacaq.

Qeyd edək ki, 26 - 29 noyabr tarixlərində təşkili nəzərdə tutulan Avropa çempionatında iştirak üçün indiyədək 39 ölkə müraciət edib. Ən diqqət çəkən məqam Rusiyanın yarışa qatılmamasıdır. Turnirdə 300-ə yaxın gimnastın iştirakı gözlənilir. AÇ ilə bağlı yekun qərar sentyabrın 28-də qəbul olunacaq.

Son xəbərlər

Orphus sistemi