Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni loqotipi təqdim olunub

Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni loqotipi təqdim olunub Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni loqotipini təqdim olunub.
Fərdi
22 Noyabr , 2019 12:39
Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni loqotipi təqdim olunub

Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni loqotipini təqdim olunub.

Qurumdan "Report"a bildirilib ki, sadə olduğu qədər mürəkkəb və böyük mənaları özündə eftiva edən loqotip paralimpiyanın ruhunu əks etdirir. 

Loqotipin mərkəzindəki yüksələn məşəl qalibiyyəti və qələbə ruhu anlamını verir. Alovun dilləri Azərbaycan bayrağının rənglərinə boyanıb. Aşağı hissəsində isə Beynəlxalq Paralimpiya Komitəsinin "Hərəkətdə olan ruh" simvolu yer alıb.

Loqotipin ikinci hissəsi zəfəri, qələbəni, uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat simvoludur. Üçüncü hissədə isə əlil arabasında hərəkət edən paralimpiyaçı uğurlu gələcək simvolu deməkdir. 

Son xəbərlər

Orphus sistemi