Bakı. 8 may. REPORT.AZ/ Bakıda keçirilən lV İslam Həmrəyli Oyunlarında futbol üzrə qrup mərhələsinin I turuna yekun vurulub.
"Report"un məlumatına görə, açılış gününün son matçında 23 yaşadək Azərbaycan milli komandası Kamerun yığması ilə üz-üzə gəlib.
Görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, A qrupunun açılış oyununda Mərakeş Səudiyyə Ərəbistanını yenib - 1:0. B qrupunda isə Əlcəzair Türkiyəni 2:1 hesabı ilə məğlub etdiyi halda, Fələstin - Oman qarşılaşmasında 2:2-lik heç-heçə qeydə alınıb.