Azərbaycan sablyaçıları Dünya Kubokunda gümüş medal qazanıb
- 30 yanvar, 2022
- 14:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda ikinci olub.
"Report"un məlumatına görə, yığma finalda Fransaya 39:45 hesabı ilə uduzub.
Qeyd edək ki, Anna Başta ötən gün fərdi yarışlarda qızıl medal qazanıb.
15:39
Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.
"Report" xəbər verir ki, komanda yarımfinalda Bolqarıstanı 45:32 hesabı ilə məğlub edib.
Qılıncoynadanlar finalda Fransa seçməsi ilə qarşılaşacaq.
14:56
Qılıncoynatma üzrə qadınlardan ibarət Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.
"Report" xəbər verir ki, sablyaçılar ilk görüşündə ABŞ-a 45:39 hesabı ilə qalib gəlib.
Yığma 1/4 finalda Macarıstanı eyni hesabla üstələyib. Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət komanda yarımfinalda Bolqarıstanla üz-üzə gələcək.
Qeyd edək ki, Anna Başta ötən gün fərdi yarışlarda çempion olub.