Yuxarı
    Bağlamaq

    Azərbaycan komandalarının olimpiadanın VIII turu üçün heyəti açıqlanıb

    Əsas milli komanda Latviya ilə qarşılaşacaq

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında VIII turun təqvimi müəyyənləşib. 

    "Report"un məlumatına görə, bu gün kişilərdən ibarət əsas milli komanda Latviya ilə qarşılaşacaq.

    İkinci yığmanın rəqibi Finlandiya olacaq. Üçüncü milli isə Dominikan Respublikası ilə üz-üzə gələcək.

    Turun daha çox maraq doğuran digər görüşləri Rusiya - ABŞ, Ukrayna - Gürcüstan, İngiltərə - Hindistan, Çin - Macarıstan, Polşa - Çexiya, Hollandiya - Kuba və Fransa - Almaniyadır.

    7 turdan sonra hesabında 11 xal olan əsas Azərbaycan millisi turnir cədvəlində 8-ci, ikinci yığma 9 xalla 27-ci, üçüncü komanda isə 6 xalla 98-ci pillədə qərarlaşıb.

    ABŞ millisi 13 xalla olimpiadanın vahid lideridir. 12 xal toplamış komandalardan Rusiya ikinci, Gürcüstan üçüncü, Ukrayna dördüncü, Hindistan beşinci, İngiltərə altıncı, Latviya isə yeddincidir.

    Qadınlardan ibarət əsas milli Çinlə qarşılaşacaq. İkinci komanda Sinqapurla, üçüncü yığmamız isə Peru ilə görüşəcək.

    Kişilərin mübarizəsində olduğu kimi, qadınlarda da VIII turda Rusiya - ABŞ qarşıdurması baş tutacaq. Ukrayna Macarıstanla, Polşa Hollandiya, Hindistan Özbəkistan, Gürcüstan Argentina, Bolqarıstan Ekvador, Almaniya isə Monqoslustanla üz-üzə gələcək.

    7 turdan sonra qadınların yarışında 5 komanda 12 xala malikdir. Rusiya 1-ci, Çin 2-ci, Azərbaycanın əsas millisi 3-cü, ABŞ 4-cü, Hollandiya isə 5-cidir. 9 xal toplayan ikinci komanda 24-cü, üçüncü yığma isə 32-ci yeri tutur.

    Olimpiada-2016, VIII tur

    Kişilər

    Azərbaycan1 - Latviya

    Şəhriyar Məmmədyarov - Aleksey Şirov

    Teymur Rəcəbov - İqor Kovalenko

    Rauf Məmmədov - Arturs Neyksans

    Eltac Səfərli - Nikita Meskovs

    Finlandiya - Azərbaycan2

    Tomi Nibak - Vasif Durarbəyli

    Daniel Ebelinq - Nicat Abasov

    Vilka Sipila - Qədir Hüseynov

    Tommi Luukkonen - Namiq Quliyev

    Azərbaycan3 - Dominikan Respublikası

    Vüqar Əsədli - Nelson Pinal Borqes

    Abdulla Qədimbəyli - Xose Manuel Dominques

    Məhəmməd Muradlı - Karlos Paul Abreu Yean,

    Pərviz Qasımov - Xristofer Quzman

    Qadınlar

    Çin - Azərbaycan1

    Yifan Hou - Zeynəb Məmmədyarova

    Venyun Ju - Günay Məmmədzadə

    Xue Zao - Gülnar Məmmədova

    Sonqyi Tan - Nərmin Kazımova

    Sinqapur - Azərbaycan2

    Ruofan Li - Xəyalə Abdulla

    Qianyun Qonq - Nərmin Xələfova

    Mey-En Emmanuelle Hnq - Ülviyyə Fətəliyeva

    Kay Xin Syev - Nərgiz Umudova

    Peru - Azərbaycan3

    Deysi Kori - Nərmin Məmmədova

    Vanessa Sançes Zambrano - Xanım Balacayeva

    İnqrid Alyaqa Fernandes - Gövhər Beydullayeva

    Aurora Edis Feliks Veqa - Ayan Allahverdiya

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi