Azərbaycan komandaları pley-off-da bir-birilərinə rəqib oldu

Azərbaycan komandaları pley-off-da bir-birilərinə rəqib oldu Azərbaycanın iki komandası şahmat üzrə klublar arasında Avropa Kubokunda pley-offa vəsiqə qazanıb
Fərdi
110
29 Mart , 2021 12:05
Azərbaycan komandaları pley-off-da bir-birilərinə rəqib oldu

Azərbaycanın iki komandası şahmat üzrə klublar arasında Avropa Kubokunda pley-offa vəsiqə qazanıb.

"Report"un məlumatına görə, heyətində Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli və Cahangir Ağarəhimov kimi şahmatçılar olan "Odlar Yurdu" 18 xalla E qrupunda lider olub.

Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev və Nail Bəşirlinin yer aldığı "Təhsil İdman" da pley-offa yüksəlib. Komanda I qrupunda 15 xalla ikinci yeri tutub.

Digər komandalar - “Vüqar Həşimov” H qrupunda 13 xalla, “Gənclik” D qrupunda 11 xalla 3-cü, “Nakhchivan - Noah's Land” isə G qrupunda 6 xalla 7-ci yeri tutub.

Reqlamentə əsasən, pley-offa vəsiqə qazanan 18 komanda üç qrupa bölünüb. Qrupda ilk üç yeri tutanlar final mərhələsinə vəsiqə əldə edəcək. “Odlar Yurdu” və “Təhsil İdman” B qrupunda “Novy Bor” (Çexiya), “Greco-Notary Chess Team” (Ukrayna), “Chartres Echecs” (Fransa) və “SF Deizisau e.V” (Almaniya) komandalarına rəqib olub.

Pley-off mərhələsi dairəvi sistemlə keçiriləcək və bu gün saat 16:30-da start götürəcək.

Qeyd edək ki, 91 komandanın iştirak etdiyi Avropa Kubokunun ümumi mükafat fondu 14 min avrodur. Qalib komanda 4 min avro qazanacaq.

Son xəbərlər

Orphus sistemi