​Azərbaycan kayakçısı Dünya Kubokunda finala yüksəlib

​Azərbaycan kayakçısı Dünya Kubokunda finala yüksəlib Osipenko-Radomskaya 200 m məsafəyə yürüşdə bu nailiyyətə imza atıb
Fərdi
28 May , 2016 01:01
​Azərbaycan kayakçısı Dünya Kubokunda finala yüksəlib

Bakı. 28 may. REPORT.AZ/ Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə II Dünya Kubokuna start verilib.

"Report" xəbər verir ki, ilk yarış günündə Azərbaycan kayakçısı İnna Osipenko-Radomskaya finala yüksəlib.

Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə bu nailiyyətə imza atıb. 34 yaşlı idmançı seçmə yürüşdə finişə 41,941 saniyəyə, yarımfinalda daha az vaxta - 39,823 saniyəyə çatıb. O, hər iki yürüşün qalibi olub.

Mayın 28-də Bakı vaxtı ilə saat 13:36-da başlanacaq final yürüşündə Azərbaycan kayakçısının rəqibləri Yu Ju (Çin), Martina Kohlova (Slovakiya), Yue Li (Çin), Spela Ponomarenko Yaniç (Sloveniya), Sara Quyo (Fransa), Cessika Valker (Böyük Britaniya), Yusmari Menqana Rodriges (Kuba) və Linnea Stensils (İsveç) olacaq.

Son xəbərlər

Orphus sistemi