Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha bir karateçisi medal qazanıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Tural Ağalarzadə (67 kq) bürünc medala yiyələnib.
Xatırladaq ki, daha əvvəl Mədinə Sadıqova (55 kq) və Roman Heydərov (kata) bürünc medala sahib çıxıb.
20:29
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, karateçi Mədinə Sadıqova bürünc medala sahib çıxıb.
Sadıqova 55 kq çəki dərəcəsində fərqlənib.