Azərbaycan yığmasının bayraqdarı İslamiadada qızıl medal qazanıb - YENİLƏNİB-4

Azərbaycan yığmasının bayraqdarı İslamiadada qızıl medal qazanıb - YENİLƏNİB-4 Rafael Ağayev finalda pakistanlı rəqibini məğlub edib
Fərdi
13 May , 2017 20:42
Azərbaycan yığmasının bayraqdarı İslamiadada qızıl medal qazanıb - YENİLƏNİB-4

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan karateçisi Rafael Ağayev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 1/4 finalda Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenən (7:2) R.Ağayev yarımfinalda malayziyalı Şarmendran Raqonatanı da üstələyərək, finala yüksəlib. 

Həlledici görüşdə Azərbaycan karateçisi pakistanlı Sədi Qulam Abbasla üz-üzə gəlib və inamlı qələbə qazanıb - 4:0.

Qeyd edək ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub. 

****20:20

Azərbaycan karateçisi Fəridə Abiyeva "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 61 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə iranlı Rozita Alipurkeşkaala qalib gəlib - 3:0.

**** 19:25

Azərbaycan karateçisi İlahə Qasımova "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 55 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə misirıi Yassmin Attianaya uduzub.

**** 18:37

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 60 kq çəkidə mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə indoneziyalı Suryadi Suryadi üzərində qələbə qazanıb - 6:0.

*** 18:17

Azərbaycan karateçisi Nuranə Əliyeva "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 50 kq çəkidə mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə indoneziyalı Srunita Sukatendeli üstələyib - 2:1. Bu, ölkənin karatedə ilk medalı olub. 

Son xəbərlər

Orphus sistemi