​Azərbaycan karateçisi Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib

​Azərbaycan karateçisi Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib 12 qat Avropa və 4 dəfə dünya çempionu türkiyəli idmançı Ərman Əltəmurla qarşılaşacaq
Fərdi
6 May , 2016 13:06
​Azərbaycan karateçisi Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib

Bakı. 6 may. REPORT.AZ/ Karate üzrə 12 qat Avropa və 4 dəfə dünya çempionu Rafael Ağayev növbəti dəfə qitə çempionatının finalına çıxıb. "Report"un məlumatına görə, Fransanın Monpelye şəhərindəki çempionatda Andorra (5:0), Avstriya (4:0), Macarıstan (1:0) və Fransa (6:0) idmançılarını xal vermədən məğlub edən R. Ağayev mayın 7-də finalda türkiyəli idmançı Ərman Əltəmurla qarşılaşacaq.

Həmin gün Azərbaycan milli komandasının üzvlərindən Niyazi Əliyev (67 kq), İrina Zaretska (68 kq) və Roman Heydərov (kata) bürünc medal qazanmaq üçün tatamidə həlledici görüşə çıxacaqlar.

Üstəlik, bu gün Avropa çempionatının komanda yarışları başlayıb. Niyazi Əliyev, Rafael Ağayev, Ayxan Mamayev, Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov ilə Orxan Heydərlidən ibarət Azərbaycan milli komandasının ilk rəqibi Portuqaliya və Rusiya görüşünün qalibi olacaq. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın komandası isə əvvəlcə Portuqaliya karateçiləri ilə görüşəcək. Medallar uğrunda həlledici döyüşlər mayın 8-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi