Azərbaycan karateçiləri Zalsburqda turnirdə iştirak edəcəklər

Azərbaycan karateçiləri Zalsburqda turnirdə iştirak edəcəklər Bakı. 28 fevral. REPORT.AZ/ Martın 2-də Avstriyanın Zalsburq şəhərində start götürəcək Karate1 Seria A turniri üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Fərdi
28 Fevral , 2018 14:32
Azərbaycan karateçiləri Zalsburqda turnirdə iştirak edəcəklər

Bakı. 28 fevral. REPORT.AZ/ Martın 2-də Avstriyanın Zalsburq şəhərində start götürəcək Karate1 Seria A turniri üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Milli Karate Federasiyasından “Report”a verilən məlumata görə, yığmanın heyətində 8 idmançı yer alacaq.

Üç gün davam edəcək yarışda qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), kişilərdən isə Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Samir Məmmədov (75 kq), Ayxan Mamayev, Pənah Allahverdiyev (hər ikisi 84 kq) və Asiman Qurbanlı (+84 kq) tatamiyə çıxacaq.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov turniri idarə edənlər arasında olacaq.

Qeyd edək ki, turnirdə 88 ölkədən 1597 idmançı mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi