Azərbaycan karateçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
Fərdi
- 22 fevral, 2023
- 19:53
Azərbaycanın uşaq, yeniyetmə və gənc karateçiləri fevralın 23-də Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində start götürəcək Karate1 Youth League turnirində iştirak edəcək.
Federasiyadan "Report"a verilən məlumatına görə, yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparacaqlar.
67 ölkədən 1169 idmançının qatılacağı turnirə klub və milli komandanın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edəcək. Karateçiləri yığmanın məşqçilərindən Şahin Xudaverdiyev, Seymur Xudaverdiyev və Akif Kərimov müşayiət edəcək.
Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev mötəbər yarışın hakimləri arasında olacaqlar.
Qeyd edək ki, turnirə fevralın 26-da yekun vurulacaq.
Son xəbərlər
05:41
Türkiyədə 89 qanunsuz miqrant saxlanılıb
Region05:19
"Fars": ABŞ-nin İrana zərbələri nəticəsində 7 nəfər ölüb, xəsarət alanlar var – YENİLƏNİB-3
Region05:09
"Mehr": ABŞ İranın Bəndər-Ling şəhərinə hava zərbəsi endirib
Region04:38
Senat Rusiyanın enerji daşıyıcılarının alıcıları üçün rüsumlar barədə layihəni dəstəkləyəcək
Digər ölkələr04:17
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Digər ölkələr03:47
İran Trampın Tehranın ABŞ vətəndaşını azad etməsi barədə açıqlamasını təkzib edib
Region03:22
ABŞ tələbə vizasının verilmə qaydalarını sərtləşdirir
Digər ölkələr02:54
Livitt: Tramp İsrailin amerikalıların rəyinə təsir göstərməyə çalışması ilə bağlı Venslə razıdır
Digər ölkələr02:04