Azərbaycan karateçiləri Avropa çempionatında 6 medal qazanıblar

Azərbaycan karateçiləri Avropa çempionatında 6 medal qazanıblar Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan karateçiləri Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclər arasında 10-cu Avropa çempionatında ümumilikdə 6 medal qazanıblar.
Fərdi
5 Fevral , 2018 14:29
Azərbaycan karateçiləri Avropa çempionatında 6 medal qazanıblar
Az.karate.az

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan karateçiləri Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclər arasında 10-cu Avropa çempionatında ümumilikdə 6 medal qazanıblar.

“Report” xəbər verir ki, medallardan dördünün əyarı qızıl, biri gümüş, biri isə bürünc olub. Yarışın son günündə 21 yaşadək gənclərdən Hüseyn Əliyev (67 kq) qitə çempionu olub. Murad Hacızadə (+84 kq) isə ardıcılı ikinci dəfə Avropa 3-cülüyü qazanıb.

Yarışın ilk günü Tale Yaqubov (63 kq) və Polina Qurenko (47 kq), ertəsi gün 16 - 18 yaşlı gənclər arasında Hümmət Baxşəliyev (61 kq) qızıl medala sahib olub. Mədinə Sadıxova (48 kq) isə gümüş medala layiq görülüb. Roman Heydərov (kata), Aytac Əliyeva (55 kq) və Fəridə Əliyeva (+67 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də, nəticədə medalsız qalıblar.

44 ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan 5-ci yeri tutub. Qitə birinciliyinə idmançılarla birgə qatılan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və baş katib MirHəsən Seyidov federasiyanın tarixində ilk olan bu nəticəni yüksək qiymətləndiriblər. Karateçilərin oktyabrda Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına qatılmaları üçün hazırlıqları davam edəcək.

Son xəbərlər

Orphus sistemi