Azərbaycan ilk dəfə paravelosiped idman növü üzrə dünya çempionatına qatılıb

Azərbaycan ilk dəfə paravelosiped idman növü üzrə dünya çempionatına qatılıb Azərbaycan təmsilçisi ilk dəfə olaraq 49 ölkənin qatıldığı paravelosiped idman növü üzrə dünya çempionatında iştirak edir.
Fərdi
13 Sentyabr , 2019 19:25
Azərbaycan ilk dəfə paravelosiped idman növü üzrə dünya çempionatına qatılıb

Azərbaycan təmsilçisi ilk dəfə olaraq 49 ölkənin qatıldığı paravelosiped idman növü üzrə dünya çempionatında iştirak edir.

"Report"un məlumatına görə, Hollandiyanın Emmen şəhərində baş tutan yarışda ölkəmizi velosiped idman növü üzrə paralimpiya yığma komandasının üzvü Mehman Ramazanzadə təmsil edib.

İdmançımız bu gün 20.8 kilometr məsafədə 18 ölkənin təmsilçisi ilə yarışıb. Bu yarış fərdi xarakter daşıyıb. Hər bir idmançı trasa fərdi olaraq çıxıb və sonda finişə ən tez çatmış idmançıların nəticələrinə əsasən qaliblər müəyyən olunub. 

Azərbaycan təmsilçisi bazar günü qrup yarışlarında da iştirak edəcək.

Xatırladaq ki, paravelosiped idman növü ölkəmizdə bir il öncə yaradılıb. Komandanın baş məşqçisi Amid Həsənquliyevdir. Hazırda Azərbaycanın Uşaq Paralimpiya Komitəsində paravelosiped idman növü üzrə də seksiyalar təşkil edilir. 

Son xəbərlər

Orphus sistemi