Azərbaycan ilk dəfə dünya çempionatında 4 kateqoriyada 6 badmintonçu ilə təmsil olunacaq

Fərdi
  • 19 may, 2025
  • 12:45
Azərbaycan ilk dəfə dünya çempionatında 4 kateqoriyada 6 badmintonçu ilə təmsil olunacaq

Azərbaycan badminton üzrə dünya çempionatında ilk dəfə 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.

Bu barədə "Report"a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avqustun 25-31-i aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda 4 kateqoriya üzrə 6 badmintonçu reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb.

Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadınlardan Keişa Fatimə Zəhra, kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov - Diki Pangestu cütlüyü və qarışıq-qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi mundialda təmsil edəcəklər.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.

Son xəbərlər

Bütün Xəbər Lenti