Azərbaycan ilə Türkiyə gənclər və idman sahələrində əməkdaşlıq edəcək

Azərbaycan ilə Türkiyə gənclər və idman sahələrində əməkdaşlıq edəcək Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu ilə görüşüb.
Fərdi
18 İyun , 2021 10:20
Azərbaycan ilə Türkiyə gənclər və idman sahələrində əməkdaşlıq edəcək
İntiqam Babayev və Mehmet Kasapoğlu

Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu ilə görüşüb.

Nazirliyin mətbuat katibi Qabil Mehdiyevin "Report"a verdiyi məlumata görə, görüşdə dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Şuşa görüşünün tarixi əhəmiyyəti qeyd edilib və iki dövlət arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olan Şuşa Bəyannaməsinin önəmi vurğulanıb.

Həmçinin Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının protokolunun gənclər və idman sahəsinə aid bəndlərinin icrasının sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Münasibətlərin daha da dərinləşdirilməsi üçün Azərbaycan ilə Türkiyə arasında birgə gənclər forumları, gənclər düşərgələri və mübadilə proqramlarının keçirilməsi, Gənclər evləri və mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, daimi qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması, müxtəlif istiqamətlərdə nümayəndə heyətləri formatında səfərlərin təşkili və s. məsələlər müzakirə edilib.

Qeyd edək ki, yaxın günlərdə Azərbaycan və Türkiyə arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə İşçi Qrupun yaradılması və ilk iclasının keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi