Azərbaycan IeSF reytinqində birinci yeri tutub

Azərbaycan IeSF reytinqində birinci yeri tutub İkinci və üçüncü yerlər Cənubi Koreya və Çinə verilib
Fərdi
12 Sentyabr , 2016 08:27
Azərbaycan IeSF reytinqində birinci yeri tutub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Kompüter İdmanı Federasiyası – IeSF-in reytinqində birinci yeri tutub.

"Report" qurumun saytına istinadən xəbər verir ki, reytinq IeSF tərəfindən təşkil olunan turnirlərin və çempionatlara gələn ziyarətçilərin sayı, ölkədə kiberidmanın inkişafı kimi meyarlar əsasında müəyyən edilib.

Reytinqin ikinci və üçüncü yerləri Cənubi Koreya və Çinə verilib.

IeSF 2008-ci ilin noyabrında təsis edilib. Hazırda qurum 47 milli federasiyadan ibarətdir.

Son xəbərlər

Orphus sistemi