Yuxarı

Azərbaycan idmançısı Universiadada qızıl medal qazanıb

Hanna Skidan ölkənin aktivinə 2-ci medalı yazdırıb

Bakı.11 iyul. Report.az/ Cənubi Koreyanın Qvandju şəhərində keçirilən XXVIII Yay Universiadasında Azərbaycan daha bir medal qazanıb. "Report"un məlumatına görə, atletikanın çəkic atma növündə çıxış edən Hanna Skidan qızıl medala sahib olub. 

70,67 metr nəticə göstərən 23 yaşlı idmançı ən yaxın rəqibi polşalı Yoanna Fyodorovu 0,98 sm geridə qoyub. Bürünc medala isə 67,54 m nəticə ilə yeni zelandiyalı Julia Ratkliff sahib çıxıb. 

Bununla da Azərbaycanın aktivindəki medalların sayı 2-yə çatıb. Daha öncə cüdoçu Hüseyn Rəhimli 73 kq çəki dərəcəsində bürünc medal qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi