Azərbaycan idmançısı Tunisdə qızıl medal qazandı

Azərbaycan idmançısı Tunisdə qızıl medal qazandı Yarış lisenziya xarakterlidir
Fərdi
18 Mart , 2021 18:05
Azərbaycan idmançısı Tunisdə qızıl medal qazandı

Azərbaycan paraatleti Orxan Qasımov Tunisdə keçirilən “Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında qızıl medal qazanıb.

"Report" xəbər verir ki, F13 kateqoriyasında iştirak edən idmançı nizə atma növündə 59.50 metr nəticə göstərib.

Qeyd edək ki, yarış lisenziya xarakterlidir. Beləliklə, Orxan Qasımov reytinqdə ilk "altılığ"a daxil olub və Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.

Son xəbərlər

Orphus sistemi