Azərbaycan pauerliftinqçisi Rövşən Xəlilov Rusiyanın paytaxtı Moskvada WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatında uğurlu çıxış edib.
"Report" xəbər verir ki, 75 kq çəki dərəcəsində yer alan idmançı ümumilikdə 707.5 kq-ın (squat hərəkətində 245 kq - yeni Azərbaycan rekordu, deadlift hərəkətində 292.5 kq - yeni dünya rekordu, bench press hərəkətində isə 170 kq), iki hərəkətin cəmində isə 462,5 kq-ın ( bench press + deadlift) öhdəsindən gələrək 2 qızıl medala sahib çıxıb.
O, iki il əvvəl Azərbaycan çempionatında ayağından zədə aldığı üçün uzun müddət yarışlara qatıla bilməmişdi.
Beşqat dünya çempionu FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşıdır. O, öz qələbəsini FHN-nin yaranma gününə həsr etdiyini bildirib.