Azərbaycan idmançısı MDB Oyunlarından iki medalla qayıdır

Azərbaycan idmançısı MDB Oyunlarından iki medalla qayıdır Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan idmançısı Camal Feyziyev iki idman növündə medal qazanıb.
Fərdi
200
9 Sentyabr , 2021 16:41
Azərbaycan idmançısı MDB Oyunlarından iki medalla qayıdır
Camal Feyziyev

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan idmançısı Camal Feyziyev iki idman növündə medal qazanıb.

"Report"un Tatarıstan paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, 21 yaşlı idmançı əvvəlcə kureş yarışında çıxış edib. O, mütləq çəkidə qızıl medala sahib olub.

Bu gün isə Feyziyev cüdoçuların yarışına qatılıb və 100 kq-dan yuxarı çəkidə bürünc medala yiyələnib.

Qeyd edək ki, bu gün həm də Azərbaycanın 60 kq çəkidə iki cüdoçusu - Əhməd Yusifov və Rövşən Əliyev finalda bir-birinə rəqib olub. Həlledici qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi