Yuxarı

​Azərbaycan güləşçisi İranda bürünc medal qazanıb

Sakit Quliyev 59 kq çəki dərəcəsində fəxri kürsüdə yer alıb

Bakı. 15 yanvar. REPORT.AZ/ İranın paytaxtı Tehranda keçirilən ənənəvi beynəlxalq "Təxti Kuboku"nun ilk yarış günündə Azərbaycan yunan-Roma güləşçisi Sakit Quliyev bürünc medal qazanıb. "Report"un məlumatına görə, 59 kq çəki dərəcəsində çıxış edən Quliyev fəxri kürsüdə yer alıb.

Yarışların ikinci günündə 57 kq, 61 kq, 74 kq və 86 kq çəkidə sərbəst, 71 kq, 75 kq, 80 kq və 85 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Qeyd edək ki, "Təxti Kuboku"na bu gün yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi