Yuxarı
    Bağlamaq

    Azərbaycan idmançısı dopinq cəzası aldığına görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidentini ittiham edib

    Tamaş Ayan ermənidir

    Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov ona Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) verdiyi 8 illik diskvalifikasiya qərarını şərh edib. 22 yaşlı idmançı "Report"a açıqlamasında İWF prezidenti Tamaş Ayanı ittiham edib.

    Dopinq-testdən keçə bilmədiyi üçün karyerasında ikinci dəfə cəzalanan V.Xristov deyib: "Erməni Ayan bizi idmançı kimi məhv etdi. Bunu qəsdən etdi. Təəssüf ki, bizə heç kim kömək etmədi. Cəzadan əziyyət çəkəcəyik. Azərbaycanda hamı bilir ki, orqanizmim tamamilə təmizdir. Amma gördüyünüz kimi, 8 il müddətinə cəzalanmışıq. Halbuki Ayan yaxınlarda Azərbaycana səfəri zamanı söz vermişdi ki, dopinq-testdə ilişən idmançılara kömək edəcək. Amma bu erməni heç bir köməklik göstərmədi. Əksinə, hər şeyi özü etdi".

    Bolqarıstan əsilli atlet idmandan kənarlaşdırıldığı 8 il ərzində nə edəcəyini bilmədiyini söləyib: "12 ildir ağırlıqqaldırma ilə məşğulam. Karyeramı 22 yaşımda başa vurmaq mənə çox çətindir. Çünki daha 10 il Azərbaycan bayrağını ucalda bilərdim. 2011-ci ildə Azərbaycana gəldim, 17 yaşımda ikən böyüklər arasında Avropa çempionatında qızıl medal qazandım. Bundan sonra ovaxtkı məşqçim Zlatan Vanev Bolqarıstandan zəng edərək, məni 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlamaq istədiyini bildirdi. Amma təklifdən imtina edərək, Bakıda qaldım və azərbaycanlı qızla ailə qurdum. Hazırda 2 övladım var".

    V.Xristov cəzasına yenidən baxılmasa, 8 il gözləyəcəyini bildirib: 2023-cü ildə 30 yaşım olacaq. Amma yenə "körpücük" üzərinə çıxacağam. Tam əminəm ki, təmizəm. 8 ildən sonra rahat çıxış edə biləcəyəm. Çünki o vaxtadək, yəqin ki, Ayan gəbərəcək".

    Qeyd edək ki, Valentin Xristov ikiqat Avropa çempionu və dünya çempionatının ikiqat bürünc mükafatçısı olub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycana 56 kq çəki dərəcəsində bürünc medal qazandırıb. Bu, ölkə tarixində ağırlıqqaldırma növündə ilk və yeganə medaldır.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi