​Azərbaycan idmançısı Avropa çempionatının finalına yüksəlib

​Azərbaycan idmançısı Avropa çempionatının finalına yüksəlib O, seçmə yürüşdə 1 dəqiqə 55,708 saniyə nəticə ilə ikinci yeri tutub
Fərdi
2 May , 2015 10:25
​Azərbaycan idmançısı Avropa çempionatının finalına yüksəlib

Bakı. 2 may. REPORT.AZ/ Çexiyanın Raçitse şəhərində keçirilən Avropa çempionatının ilk yarış günündə Azərbaycan kayakçısı İnna Osipenko-Radomskaya finala yüksəlib. “Repot”un məlumatına görə, 33 yaşlı idmançı bu uğura bir nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə imza atıb.

O, seçmə yürüşdə 1 dəqiqə 55,708 saniyə nəticə ilə ikinci yeri tutub. Yarımfinalda isə Osipenko-Radomskaya finişə 1 dəqiqə 52,108 saniyəyə çataraq, serbiyalı Nikolina Moldovan (01:50.820) və italiyalı İrene Burqo (01:51.908) ilə birgə əsas finala yüksəlib.

Qeyd edək ki, həlledici mərhələ yürüşü mayın 3-də Bakı vaxtı ilə saat 12:05-də olacaq. İnna Osipenko-Radomskaya medallar uğrunda Svetlana Rımkeviç (Ukrayna), İrene Burqo (İtaliya), Sara Quyo (Fransa), Frantsiska Veber (Almaniya), Volqa Xudjenko (Belarus), Yevelina Vojnarovska (Polşa), Nikolina Moldovan (Serbiya) və Tereza Portela (Portuqaliya) ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi