Azərbaycan qılıncoynadanlarının iştirak edəcəyi yarışlar ləğv olundu

Azərbaycan qılıncoynadanlarının iştirak edəcəyi yarışlar ləğv olundu Qadınlardan ibarət Azərbaycanın sablya millisinin Belçikanın Sint-Niklas şəhərindəki Dünya Kubokunun mərhələ yarışında iştirakı baş tutmayıb.
Fərdi
13 Mart , 2020 12:48
Azərbaycan qılıncoynadanlarının iştirak edəcəyi yarışlar ləğv olundu

Qadınlardan ibarət Azərbaycanın sablya millisinin Belçikanın Sint-Niklas şəhərindəki Dünya Kubokunun mərhələ yarışında iştirakı baş tutmayıb. 

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səbəb koronavirus infeksiyası ilə əlaqədar yarışın ləğv olunmasıdır. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnir 18 - 23 martda keçirilməli idi. 

Bundan əlavə, 3 - 11 apreldə ABŞ-ın Solt Leyk Siti şəhərindəki yeniyetmə və gənclərin dünya birinciliyində də Azərbaycan təmsilçiləri iştirak etməli idi. 

Qeyd edək ki, Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) koronavirus pandemiyası səbəbindən bütün yarışları bir ay müddətinə dayandırıb. Yarışların yeni vaxtı ilə bağlı məlumat verilməyib. FIE Beynəlxalq Olimpiya Komitəsindən lisenziya turnirləri üçün verilən vaxtın uzadılmasını xahiş edib. 

Son xəbərlər

Orphus sistemi