Yuxarı
    Bağlamaq

    ​Azərbaycan idmançıları dünyanın ən yaxşı güləşçiləri reytinqində ikincidir

    Hacı Əliyev və Xetaq Qazyumov rusiyalı idmançılardan geri qalıblar

    Bakı. 9 fevral. REPORT.AZ/ Dünya Güləş Birliyi (UWW - United World Wrestling) yanvar ayında keçirilən “İvan Yarıqin”, “Deyv Şults” və “Paris Open” yarışlarının nəticələri nəzərə alınmaqla ən yaxşı sərbəst güləşçilərin reytinqini açıqlayıb.

    “Report” xəbər verir ki, siyahıda Azərbaycan güləşçiləri də yer alıb.

    Hacı Əliyev və Xetaq Qazyumov çıxış etdikləri 61 kq və 97 kq-dək çəki dərəcələrində ikinci yerdə qərarlaşıblar.

    Hacı Əliyev öz çəkisində rusiyalı Aleksandr Boqomoyev, Xetaq Qazyumov isə Abdusalam Qadisovdan (Rusiya) geri qalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi