Azərbaycan idman ictimaiyyətinin nümayəndələri ​Fəxri xiyabanı ziyarət ediblər - FOTO

Azərbaycan idman ictimaiyyətinin nümayəndələri ​Fəxri xiyabanı ziyarət ediblər - FOTO Bu gün 5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
Fərdi
5 Mart , 2016 11:29
Azərbaycan idman ictimaiyyətinin nümayəndələri ​Fəxri xiyabanı ziyarət ediblər - FOTO

Bakı. 5 mart. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və AFFA nümayəndələri 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Fəxri xiyabanda olublar. "Report"un məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov və qurumun digər rəsmi şəxsləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, qəbri üstünə gül dəstələri qoyublar.

Ziyarət zamanı oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Jurnalistlərin suallarını cavablandıran nazir A.Rəhimov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik edib, idman uğurlarının bol olmasını arzulayıb.

Son xəbərlər

Orphus sistemi