Azərbaycan hapkidoçuları dünya çempionatından 17 medalla qayıdıblar - FOTO - VİDEO

Azərbaycan hapkidoçuları dünya çempionatından 17 medalla qayıdıblar - FOTO - VİDEO İtaliyanın Karrara şəhərində Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatı başa çatıb.
Fərdi
153
5 Noyabr , 2019 05:38
Azərbaycan hapkidoçuları dünya çempionatından 17 medalla qayıdıblar - FOTO - VİDEO
Foto: "Report"

İtaliyanın Karrara şəhərində Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatı başa çatıb.

"Report" xəbər verir ki, möhtəbər turnirdə Azərbaycanı məşqçi də daxil olmaqla, 6 idmançı təmsil edib. Onlar yarışda 17 medal qazanıblar. 

Bu gün isə dünya çempionatında uğur qazanan təmsilçilərimiz Vətənə qayıdıblar. 

Azərbaycan Hapkido Federasiyasının prezidenti və yığmanın baş məqçisi Süleyman Məmmədli "Report"a açıqlamasında bildirib ki, yarışlara ümumilikdə 40-a yaxın ölkədən 5 mindən çox idmançı qatılıb. Onun sözlərinə görə, Azərbaycanı yarışlarda 6 hapkidoçu təmsil edib. Onlardan Arif Mustafayev qızıl, gümüş, bürünc medallar qazanıb: "Yarışlar zamanı mən 5 növ üzrə qızıl, 3 növ üzrə isə gümüş medal qazandım. Yığmamız ümumilikdə 17 medalla Vətənə qayıdıb". 

Hapkidoçu Arif Mustafayev "Report"a açıqlamasında deyib ki, yarışlar zamanı bütün döyüşləri gərgin keçib: “Finala qədər 3 rəqib - Belçika, Çexiya və Fransa təmsilçiləri ən güclülərdən idi. Final qarşılaşmasında fransalı rəqibimə qalib gələrək, 5-ci dəfə dünya çempionu titulu sevincini yaşadım. Qarşılaşmaların hər biri çətin keçdi. Lakin sonda özümə ən güclü rəqib saydığım fransalı təmsilçiyə qalib gəlməyi bacardım”. 

Qeyd edək ki, A.Mustafayev 2010-cu ildən etibarən ümumilikdə, 5 dəfə rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb. Yarışlarda həmçinin Hapkido Federasiyasının prezidenti və baş məqçisi Süleyman Məmmədli də iştirak edib. S.Məmmədli bir neçə növ üzrə 1-ci yerin qalibi olub.

Son xəbərlər

Orphus sistemi