Azərbaycan güləşçisi UWW-dən pul mükafatı alacaq
Fərdi
- 29 noyabr, 2021
- 15:13
Dünya Güləş Birliyi (UWW) 2 illik fasilədən sonra sərbəst güləşçilərə verilən pul mükafatını bərpa edib.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, idmançıların dünya reytinqindəki mövqeyinə uyğun müəyyənləşdirilən mükafatı ilk "üçlük"də qərarlaşan pəhləvanlar alacaqlar.
Reytinqdə ən yüksək yeri tutan idmançı 10 min ABŞ dolları, ikinci yerin sahibi 7 min dollar, üçüncü yerdə qərarlaşan isə 3 min dollar qazanacaq.
Mükafatçılar sırasında Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov da var. 92 kq çəki dərəcəsində dünya reytinqində 3-cü olan 23 yaşlı idmançıya 3 min ABŞ dolları mükafat veriləcək.
Qeyd edək ki, Nurməhəmmədov ötən ay Serbiyanın paytaxtı Belqradda keçirilmiş U-23 dünya çempionatında qızıl medal qazanıb.
Son xəbərlər
03:58
Media: CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb
Digər ölkələr03:20
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
Digər ölkələr02:38
Vens: ABŞ-nin İranla müharibədə əsas məqsədi neftin qiymətinin aşağı olmasıdır
Digər ölkələr02:09
Cevdet Yılmaz: Türkiyə və Pakistan münasibətləri getdikcə daha çox əhəmiyyət qazanır
Region01:36
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
Digər ölkələr01:03
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
Hadisə00:55
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir
Region00:24
Qahirədə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Digər ölkələr23:48