Yuxarı

​Azərbaycan güləşçisi erməni əsilli idmançını məğlub edərək "Rio-2016"ya lisenziya qazanıb - VİDEO

Rəsul Çunayev finalda Qırğızıstan idmançısı ilə görüşəcək

Bakı. 6 may. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.

"Report"un məlumatına görə, yunan-Roma güləşi üzrə 66 kq çəkidə çıxış edən Rəsul Çunayev turnirin finalına yüksəlib və nəticədə "Rio-2016"ya vəsiqə qazanıb.

R.Çunayev ardıcıl olaraq Domonik Etlinger (4:0), Pavel Liax (9:7), David Kareçinski (6:1) və erməni əsilli, Fransanı təmsil edən Artak Marqaryanı (8:0) məğlub edib. Azərbaycanlı pəhləvanın qızıl medal uğrundakı rəqibi Qırğızıstandan Ruslan Tsarev olacaq.

Yarışın reqlamentinə əsasən, finala yüksələn hər bir güləşçi olimpiadaya lisenziya əldə edir. Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

"Report" Çunayevin Marqaryanı məğlub etdiyi görüşün videosunu təqdim edir

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi