Azərbaycan güləşçiləri İstanbulda 3 medal qazanıblar

Azərbaycan güləşçiləri İstanbulda 3 medal qazanıblar Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində bürünc medal görüşünə çıxıb.
Fərdi
24 Fevral , 2022 22:12
Azərbaycan güləşçiləri İstanbulda 3 medal qazanıblar

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 130 kq-dakı Beka Kandelaki həlledici qarşılaşmada türkiyəli Osman Yıldırımla üz-üzə gəlib.

Dueldən 1:3 hesabı ilə məğlub ayrılan Kandelaki gümüş medalla kifayətlənib.

21:35

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 87 kq-da yer alan idmançı finalda gürcüstanlı Zurabi Datunaşvilini 6:3 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

20:13

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 63 kq-da mübarizə aparan idmançı qırğızıstanlı Dastan Kadırovla qarşılaşıb.

Rəqibinə 8:0 hesabı ilə qalib gələn Məmmədov turnirdə 3-cü yeri tutub.

Qeyd edək ki, 60 kq-da çıxış edən Eldəniz Əzizli isə zədələndiyi üçün həm 1/4 finalda, həm də 3-cü yer uğrunda görüşdə qarşılaşmanı sonadək davam etdirə bilməyib. O, bürünc medal görüşündə hindistanlı Qyanender Qyanenderə uduzub.

Son xəbərlər

Orphus sistemi