Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri 4 medal qazanıb

Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri 4 medal qazanıb Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Fərdi
2 Aprel , 2022 22:51
Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri 4 medal qazanıb
İslam Abbasov

Azərbaycan yunan-Roma güləşçisi Beka Kandelaki Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 130 kq çəki dərəcəsində rəqib yerli pəhləvan Dariuş Attila Vitek olub. Görüş Vitekin qələbəsi ilə yekunlaşıb - 4:1. 

Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri günü 4 medalla başa vurub. Yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. 

22:07

Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində rəqib bolqarıstanlı Yoan Danielov Dmitrov olub. Görüş Abbasovun qələbəsi ilə yekunlaşıb - 5:1. 

Beləliklə, Azərbaycan yunan-Roma güləşçilərinin qazandıqları medalların sayı 4-ə yüksəlib.

21:26

Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində rəqib isveçli Per Albin Olofsson olub. Görüş Süleymanovun qələbəsi ilə yekunlaşıb - 5:0. 

Beləliklə, Azərbaycan yunan-Roma güləşçilərinin qazandıqları medalların sayı 3-ə yüksəlib. 

Sənan Süleymanov
Sənan Süleymanov
21:08

Azərbaycan yunan-Roma güləşçisi Taleh Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində rəqib gürcüstanlı Avropa və dünya çempionatlarının mükafatçısı Leri Abuladze olub. Görüş Abuladzenin qələbəsi ilə yekunlaşıb - 3:1. 

Beləliklə, Taleh Məmmədov gümüş medala sahib olub. 

Hazırda Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının aktivində iki medal var. Daha əvvəl Eldəniz Əzizli 55 kq çəki dərəcəsində qızıl medal qazanıb. 

Taleh Məmmədov
Taleh Məmmədov
20:35

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində rəqib gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia olub. Görüş Əzizlinin qələbəsi ilə yekunlaşıb - 8:2.

Beləliklə, 30 yaşlı pəhləvan karyerasında ikinci dəfə Avropa çempionu olub. O, ilk belə çempionluğu 2018-ci ildə qazanıb. Həmin il Əzizli həm də dünya çempionu olub.

Eldəniz Əzizli
Eldəniz Əzizli

Son xəbərlər

Orphus sistemi