Kiyev turniri: Bir güləşçimiz qızıl, ikisi bürünc medal qazandı - YENİLƏNİB - 2

Kiyev turniri: Bir güləşçimiz qızıl, ikisi bürünc medal qazandı - YENİLƏNİB - 2 Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda bürünc medal görüşünə çıxıb
Fərdi
28 Fevral , 2021 00:16
Kiyev turniri: Bir güləşçimiz qızıl, ikisi bürünc medal qazandı - YENİLƏNİB - 2

Azərbaycan sərbəst güləşçisi Əli Rəhimzadə Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində yer alan Rəhimzadə finalda qırğızıstanlı Ernazar Axmataliyevə qalib gəlib - 5:4.

Beləliklə, Azərbaycan pəhləvanları günü 1 qızıl, 2 bürünc medalla başa vurublar. Bürünc medallara 65 kq çəkidə sərbəst güləşçi Turan Bayramov və 50 kq çəkidə sərbəst güləşçi Türkan Nəsirova sahib çıxıb.

Daha əvvəl Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Hacıyev (70 kq) finala yüksəlib. Həlledici görüşlər fevralın 28-də olacaq.

22:53

Azərbaycanın daha bir sərbəst güləşçisi Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda bürünc medal qazanıb.

"Report"un məlumatına görə, qadınların mübarizəsində Türkan Nəsirova moldovalı Mariana Draqutana (Moldova) 12:4 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

22:44

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı Ukrayna təmsilçisi Erik Aruşanyanla üz-üzə gəlib.

Erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edən Bayramov bürünc medal qazanıb.

Qeyd edək ki, Turan Bayramov 1/16 finalda meydan sahiblərinin digər erməni əsilli güləşçisi Qor Ohannesyana qalib gəlib.

Son xəbərlər

Orphus sistemi