Yuxarı

Azərbaycan güləşçisi dünya çempionatında daha bir medal qazanıb

İkinci yarış günündə veteran pəhləvan Rövşən İsmayılxanlı bürünc medala sahib olub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada davam edən veteran güləşçilərin dünya çempionatında Azərbaycan yığması daha bir medal qazanıb. "Report"un məlumatına görə, ikinci yarış günündə 130 kq çəki dərəcəsində D divizionunda mübarizə aparan sərbəst güləşçi Rövşən İsmayılxanlı bürünc medala sahib olub.

O, ilk görüşdə ABŞ təmsilçisini üstələsə də, yarımfinalda Qazaxstan pəhləvanına uduzub. Bürünc medal görüşünə çıxan İsmayılxanlı türkiyəli rəqibinə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Azərbaycan pəhləvanlarından İslam Quliyev (85 kq) qızıl, Abbas Məmmədov (63 kq) gümüş medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi