Azərbaycan güləşçisi Bakıdakı turnirdə məğlub olub - YENİLƏNİB
- 05 aprel, 2024
- 11:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəni dayandırıb.
"Report" xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Almaniya təmsilçisi Lukas Aleksandros Lazoqianisə məğlub olub - 5:7.
13:49
Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.
"Report" xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Aleksandar Styepanetiçdən (İsveç) güclü olub.
O, rəqibini vaxtından əvvəl üstələyib - 10:0.
Daha əvvəl Beka Kandelaki (130 kq) və Nihat Məmmədli (60 kq) qələbə qazanıblar, İslam Abbasov (87 kq) isə məğlub olub.
Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.