Azərbaycan güləşçisi Bakıdakı turnirdə olimpiadaya lisenziya qazana bilməyib - YENİLƏNİB-2

Azərbaycan güləşçisi Bakıdakı turnirdə olimpiadaya lisenziya qazana bilməyib - YENİLƏNİB-2 Rəqibinə qalib gələn Kandelaki 1/8 finala yüksəlib
Fərdi
5 Aprel , 2024 20:39
Azərbaycan güləşçisi Bakıdakı turnirdə olimpiadaya lisenziya qazana bilməyib - YENİLƏNİB-2

Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində növbəti görüşünə çıxıb.

"Report" xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Sergey Semyonovla (AİN) üz-üzə gəlib.

Kandelaki rəqibinə 0:9 hesabı ilə uduzub. Nəticədə Semyonov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

14:37

Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində növbəti qələbəsini qazanıb.

"Report" xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda Bolqarıstan təmsilçisi Georgi İvanovu mübarizədən kənarlaşdırıb.

Kandelaki rəqibini 9:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. O, Paris-2024-ə vəsiqə uğrunda Sergey Semyonovla (AİN) üz-üzə gələcək.

11:54

Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

"Report" xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı təsnifat mərhələsində norveçli Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) üz-üzə gəlib.

Rəqibinə qalib gələn (9:1) Kandelaki 1/4 finala yüksəlib.

Qeyd edək ki, bu gün həmçinin Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar. Hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi