Azərbaycan güləşçiləri Ukraynada qızıl və bürünc medal qazandı

Azərbaycan güləşçiləri Ukraynada qızıl və bürünc medal qazandı 16 - 18 oktyabrda Ukraynada sərbəst və qadın güləşi üzrə Kiyev açıq turniri keçirilib.
Fərdi
19 Oktyabr , 2020 13:11
Azərbaycan güləşçiləri Ukraynada qızıl və bürünc medal qazandı

Ukraynanın paytaxtı Kiyevdə sərbəst və qadın güləşi üzrə açıq turnir keçirilib.

"Report"un məlumatına görə, yarışda Ukrayna, Azərbaycan, Rusiya, Moldova, Polşa, Yunanıstan və Fransa təmsilçiləri mübarizə aparıb.

Turnirdə qadınlardan ibarət Azərbaycan yığmasının iki üzvü çıxış edib. 65 kq çəki dərəcəsində mübarizə aparan Tatyana Omelçenko bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, yuxarı çəkidə qüvvəsini sınamasına baxmayaraq, Aleksandra İşçenko, Manola Skobelska və Tatyana Rijkonu üstələyərək qızıl medal qazana bilib.

57 kq-dakı Alyona Kolesnik Karina Xornomoru məğlub etdikdən sonra Solomiya Vinnikə uduzub. Ancaq Violetta Petrovskaya qalib gələn milli üzvü bürünc medala yiyələnib.

Qeyd edək ki, komanda hesabında Azərbaycan 40 xalla ikinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi