​Azərbaycan güləşçiləri Türkiyədə 2 medal qazanıb

​Azərbaycan güləşçiləri Türkiyədə 2 medal qazanıb Daha 2 pəhləvan bürünc medal uğrunda görüşdə məğlub olub
Fərdi
1 Fevral , 2016 11:30
​Azərbaycan güləşçiləri Türkiyədə 2 medal qazanıb

Bakı. 1 fevral. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq turnir keçirilib. "Report"un məlumatına görə, Azərbaycan güləşçiləri turniri 2 bürünc medalla başa vurub.

59 kq-da mübarizə aparan Kərim Cəfərov və 66 kq-da İslambek Dadov fəxri kürsüyə qalxıb. 80 kq çəkidəki Emin Əhmədovla 98 kq-da yer alan Orxan Nuriyev bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci olub.

Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Qeyd edək ki, Ahmet Cömert Spor Salonunda keçirilən turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi