Azərbaycan güləşçiləri Rusiyada qızıl və bürünc medal qazanıblar

Azərbaycan güləşçiləri Rusiyada qızıl və bürünc medal qazanıblar Yığma komanda ümumi hesabda ikinci olub
Fərdi
30 Oktyabr , 2017 17:57
Azərbaycan güləşçiləri Rusiyada qızıl və bürünc medal qazanıblar

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanın iki sərbəst güləşçisi Rusiyanın Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə keçirilmiş beynəlxalq "Yuqra Kuboku"nda 2 medal qazanıblar.

“Report” xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev (86 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. O, ardıcıl olaraq Rusiya idmançıları Batırbek Çakulov, Artur Xaçatryan, finalda isə Zaur Makiyev üzərində inamlı qələbə qazanıb.

57 kq çəkidə mübarizə aparan Mahir Əmiraslanov isə “bürünc” əldə edib. O, 3-cü yer uğrunda görüşdə Rusiya idmançısı İsmail Qadjiyevdən üstün olub.

Qeyd edək ki, Azərbaycanın 7 güləşçi ilə təmsil olunduğu yarışda Rusiya, Almaniya, Macarıstan, İsrail, Qazaxıstan, Tacikistan, Türkiyə, Tunis, Ukrayna, Qırğızıstan və Ermənistan pəhləvanları mübarizə aparıblar. Azərbaycan yığması komanda hesabında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə Qazaxıstan millisi tutub.

Son xəbərlər

Orphus sistemi