Azərbaycan güləşçiləri olimpiadaya vəsiqə uğrunda mübarizəyə başlayır

Azərbaycan güləşçiləri olimpiadaya vəsiqə uğrunda mübarizəyə başlayır Bu gün Rəsul Çunayevlə Şalva Qadabadze çıxış edəcək
Fərdi
6 May , 2016 08:27
Azərbaycan güləşçiləri olimpiadaya vəsiqə uğrunda mübarizəyə başlayır

Bakı. 6 may. REPORT.AZ/ Bu gün Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turniri start götürür. "Report"un məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. 

Azərbaycan təmsilçilərindən "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionu Rəsul Çunayev, eləcə də Şalva Qadabadze mübarizə aparacaq. 66 kq çəki dərəcəsində çıxış edən Çunayev 1/16 finalda xorvatiyalı Dominik Etlingerlə üz-üzə gələcək. 98 kq çəkidəki Qadabadze isə yarışa 1/8 final mərhələsindən avstriyalı Daniel Qastla qarşı döyüşlə başlayacaq. Olimpiadaya vəsiqə üçün finala yüksəlmək lazımdır. 

66 kq
1/16 final. Dominik Etlinger (Xorvatiya) - Rəsul Çunayev

98 kq
1/8 final - Daniel Gastl (Avstriya) - Şalva Qadabadze

Qeyd edək ki, Azərbaycanın güləş yığmaları indiyədək "Rio-2016"ya 13 lisenziya qazanıb. Sərbəst güləş yığması olimpiadaya tam heyətlə - 6 pəhləvanla qatılacaq. Yunan-Roma güləşçiləri 4, qadın güləşçilər isə 3 çəki dərəcəsində vəsiqəyə sahib olub. 

Son xəbərlər

Orphus sistemi