Azərbaycan güləşçiləri Mahaçqalada təlim-məşq toplanışında iştirak edir

Azərbaycan güləşçiləri Mahaçqalada təlim-məşq toplanışında iştirak edir Yığma yanvarın 29-dan Mahaçqalada yerli komandayla birlikdə hazırlıqlarını davam etdirir
Fərdi
12 Fevral , 2022 10:49
Azərbaycan güləşçiləri Mahaçqalada təlim-məşq toplanışında iştirak edir

Sərbəst güləş üzrə Azərbaycan millisi Rusiyanın Dağıstan respublikasında növbəti təlim-məşq toplanışında iştirak edir.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yığma yanvarın 29-dan Mahaçqalada yerli komandayla birlikdə hazırlıqlarını davam etdirir.

Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında komanda taktiki-texniki çalışmalara üstünlük verir, xalça üzərində sparrinqlə məşqlər həyata keçirilir.

Qeyd edək ki, milli fiziki hazırlıqları üzrə məşqləri yanvarda Olimpiya Güləş Mərkəzində keçib. Mahaçqala toplanışı fevralın 15-dək davam edəcək.

Qeyd edək ki, komanda bu ay 2 yarışda qüvvəsini sınayacaq. Yığma üzvlərinin bir qismi fevralın 17-dən 20-dək Bolqarıstanın Veliko Tarnovo şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan ənənəvi turnirdə çıxış edəcək. Digər güləşçilər isə Türkiyəyə yollanacaq. Fevralın 24-dən 27-dək İstanbulda Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın adını daşıyan ilin ilk reytinq turniri baş tutacaq.

Son xəbərlər

Orphus sistemi