Bakı. 2 sentyabr. REPORT.AZ/ Sərbəst, yunan-Roma və qadın güləş üzrə Azərbaycan yığma komandaları ABŞ-ın Las Veqas şəhərində dünya çempionatına hazırlıqlarını davam etdirir. "Report"un Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, pəhləvanlar dünən axşam saatlarında məşqə çıxıb.
Çempionatın proqramına əsasən, ilk olaraq, sentyabrın 7-də 66, 75 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 12-də yekun vurulacaq.




