​Azərbaycan güləşçiləri İranda 2 medal qazanıb

​Azərbaycan güləşçiləri İranda 2 medal qazanıb Medalların hər ikisi bürüncdür
Fərdi
16 Yanvar , 2016 11:40
​Azərbaycan güləşçiləri İranda 2 medal qazanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ İran paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında keçirilən ənənəvi "Təxti Kuboku"na yekun vurulub. 

"Report"un məlumatına görə, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə Azərbaycan yığması turniri 2 bürünc medalla başa vurub.

İlk yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərindən Sakit Quliyev 59 kq çəki dərəcəsində fəxri kürsüdə yer alıb və turnirin bürünc medalına yiyələnib. Sərbəst güləşçilərdən isə Mircəlal Həsənzadə (57 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, turnirin görüşlərinin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib. 

Son xəbərlər

Orphus sistemi